2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən tələbə qəbulu imtahanlarında 602.8 bal toplayan Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin məzunu Səbinə Heydərova Mingəçevir Dövlət Universitetinin (MDU) “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını seçib.
2021-ci ilin 23 avqust tarixində MDU-nun rektoru Şahin Bayramov abituriyent S.Heydərova və onun valideyni ilə görüşüb.
Görüşdə qəbul imtahanında uğur qazanması münasibətilə S.Heydərovanı təbrik edən rektor, ilk növbədə, bu nailiyyətdə mühüm pay sahibi olan valideynlərə və müəllimlərə minnətdarlığını bildirib.
Topladığı yüksək bala əsasən çoxsaylı seçim imkanlarının olmasına baxmayaraq, yalnız MDU-da ali təhsil almağa qərar verdiyinə görə abituriyentə təşəkkürünü çatdıran Ş.Bayramov universitetin üstünlüklərini diqqətə çatdırıb və onun seçimində yanılmadığına əminliyini ifadə edib.
Tələbə gənclərin hərtərəfli inkişafı, onların müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı kadr kimi yetişməsi və karyera yüksəlişi məqsədilə universitetdə yaradılan əlverişli təhsil mühitindən bəhs edən rektor MDU-nun qabaqcıl yerli və xarici universitetlərlə, dövlət və özəl qurumlarla mövcud işbirliyi çərçivəsində reallaşdırılan layihələr, o cümlədən tələbə mübadiləsi, təlimlər, təcrübə proqramları və digər imkanlar haqqında ətraflı məlumat verib.
Yüksək hazırlıqlı abituriyentlərin ali təhsil müəssisəsi üçün önəmindən danışan Ş.Bayramov gələcəkdə MDU ailəsinin üzvü kimi S.Heydərovanın təhsil alacağı universitetin uğurlarında pay sahibi olacağına inandığını qeyd edib və ona uğurlar arzulayıb.
Görüşdə MDU-nu seçməsindən məmnunluğunu bildirən abituriyent S.Heydərova və onun valideyni göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib. S.Heydərova universitet seçimi ilə bağlı qərarında son dövrdə MDU-da yeni dövrün ali təhsil müəssisəsinə çevrilmə yolunda görülən işlərlə tanışlığın böyük rol oynadığını bildirib və MDU ailəsinin layiqli üzvü olmasına çalışacağına söz verib.
Sonda rektor görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, son dövrdə MDU-da bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirilən kompleks və sistemli tədbirlərin nəticəsi olaraq universitetin cəlbediciliyi artıb və yüksək balla qəbul olan tələbələrin sayında müsbət dinamika müşahidə edilir.
Tehsil-press.az