Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının bu ilin sonunadək Avropada 230 min insanın həyatına son qoyacağından narahatdır.
Bu barədə beynəlxalq qurumun Avropa üzrə regional bürosunun rəhbəri Hans Kluqe danışıb. O bildirib ki, son həftələrdə koronavirusla əlaqədar ölüm hallarının sayı Avropa regionunda 11 faiz artıb. İndiyədək Avropada 1,3 milyon insan pandemiyanın qurbanı olub.
H.Kluqe eyni zamanda Avropada vaksinasiya kampaniyasında yaranmış durğunluqdan da narahatlıq ifadə edib. 53 ölkəni əhatə edən regional bürodan bildirilib ki, yay mövsümündə Avropa ölkələrində səyahətlərin çox olması payız aylarında yoluxma hallarını artıra bilər. Yüksək yoluxuculuğa malik variantların yayılması, məhdudiyyətlərin aradan qaldırılması və peyvəndləmənin yavaşlaması vəziyyəti daha da gərginləşdirə bilər.
Tehsil-press.az