“COVİD-19 epidemiyası Avropada hələ ki, pikk həddə çatmayıb” .
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris BMT-nin Cenevrə ofisində video əlaqə vasitəsilə təşkil olunan mətbuat konfransında açıqlama verib:
“Pandemiyanın dünya üzrə göstəricilərinə baxdıqda ən çox yoluxma hallarının ABŞ və Avropada qeydə alındığını görürük. Bu səbəbdən hələ ki, ümumi pik hədd müşahidə olunmayıb”.
Harris, həmçinin qeyd edib ki, İspaniya və İtaliya kimi bəzi Avropa ölkələrində epidemiyanın zəifləməyinə baxmayaraq İngiltərə və Türkiyədə artım davam edir.
Qeyd edək ki, dünya üzrə koronavirusa 1,938,644 insan yoluxub, 120,842 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Tehsil-press.az