Pravda.az saytında tanınmış hüquqşünas Aslan İsmayılovun "Rasim Quliyevi müdafiə edənlər, qələminizi itiləyin və A.İsmaylovu ürəyiniz doyana qədər söyün" başlıqlı yazısı diqqətimi çəkdi. Diqqətimi çəkən məqam A.İsmayılovun külli miqdarda rüşvət ittihamı ilə həbsdə olan, Bakı şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevlə bağlı 101 nəfər tanınmış şəxslərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sabiq Aparat rəhbərinin həbsdən azad edilməsilə bağlı müraciəti oldu.
Hüquqşünas Aslan İsmayılov cəmiyyətdə tanınmış şəxslərə son illərdə Bakıda Aparat rəhbərinin xeyir-duası ilə yaşıllığın məhv edilib yerində eybəcər binaların tikilməsinə, eyni zamanda onların əksəriyyətinə şəxsi maraqlarını hər şeydən üstün tutmasını olduğunu bildirir.
Yazının davamı olaraq A.İsmayılov insanın həbsdən azad edilməsi çağırışının çox humanist bir addım olduğunu bildirir. Sonra isə yazı müəllifi müraciət edən şəxslərə etdiyi xahişin diqqət çəkən məzmunu, ünvanladığı sual(lar)ın cavabını qarşı tərəfin cavabını gözləmədən özü açıqlayır.
Nə vaxt ən azından Bakıda yaşıllıqların qırılmasına, rüşvət müqabilində uşaqların əyləncə yerlərinin, məktəb meydançalarının tikinti meydanına çevrilməsinə qarşı bu tərkibdə, xor şəklində etiraz edibdimi?! sualı ilə siyahıda adları yer alan şəxslərə fikrini açıqlayır.
Mənim A.İsmayılovla heç bir şəxsi tanışlığım yoxdu. Tanınmış hüquqşünasın cəmiyyət arasında tanınmış 101 nəfər şəxslərin müraciəti ilə bağlı Aslan müəllim öz fikir və mülahizələrini yetərincə bildirib.
Yazımın əvvəlində qeyd etdiyim və diqqətimi çəkən məqamın üzərinə qayıdıram. Öz-özümə sual edirəm: necə olub ki, bəndəniz bu uzun illər ərzində Bakı Şəhər İH-nin sabiq Aparat rəhbəri vəzifəsini icra edən Rasim Quliyev haqqında bu günədək coxminli paytaxt sakinlərinin dilindən nə bir məclisdə, nə bir tədbirdə bir kəlmə də olsa söz eşitmək mənə müyəssər olmayıb?
Qeyd edim ki, əsasən paytaxtda 2018 - ci ildə yüzlərlə, minlərlə şakinlər 100 - dən artıq tikinti şirkətindən(qeydiyyatdan keçmiş) Prezident Administrasiyasına şikayətlər etmişlər.
Paytaxt sakinləri tərəfindən edilən şikayətlər coxmərtəbəli yaşayış binalarının inşasında norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və ya daha artıq şəxsə satmasından, razılığa gəlmədən, kompensasiyalar verilmədən, dolayısı yolla müxtəlif təzyiqlər edərək, yaşayış və qeyri-yaşayış binalarını sökərək, onların mülkiyyət hüquqlarına göstərdikləri "nümunənə"lər barəsində, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən paytaxt sakinlərinin haqlı şikayətlərinə səbəbin məhz hansı dövlət qurumundan qaynaqlandığını və yerli icra hakimiyyəti, eləcə də digər qurumların vətəndaşların müraciətlərinə, xüsusilə də şikayətlərə həmin qurumların vəzifəli məmurları tərəfindən necə "ədalətlə" baxmaları məlumdur. Artıq, bu haqda Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri cənab Süleyman İsmayılov hələ bir neçə il bundan əvvəl dərc etdirdiyi məqaləsində sözü gedən məsələlərə toxunub.
Paytaxt sakinlərinin dilindən sabiq Aparat rəhbəri Rasim Quliyev haqqında onların qayğılarına, yəni sakinlərin hər gün rastlaşdığı problemlərin müsbət həlli uğrunda keçmiş Aparat rəhbərinin sadə insanlara gözlə görüləsi bir nümunəni, sözlə eşidiləsi bir fakta son 10 - 15 ildə belə təəssüf ki, rast gəlməmişəm. Özümü qınayır, həm də tənbeh edirəm. Necə olur ki, cəmiyyət arasında tanınmış 100 - dən artıq şəxslər Rasim Quliyevi müdafiə edir, onun xidmətlərini qeyd edirlər? Sıravi vətəndaş olaraq bizlərin sabiq Aparat rəhbərinin Bakıya yandırdığı "can yanğısını", paytaxt sakinlərinə göstərdiyi "xidmətlərdən" məlumatsızıq.
Vətən - Vətən deməklə, işlər düzəlmir. Bakının şəninə çox nəğmələr səslənib, xeyli şeirlər də yazılıb. Ancaq, qədim şəhərin hər daşında, dalanında, döngəsində, dayanacağında , meydanında, küçəsində, prospektində, park və xiyabanın səliqəsində, hətta hər məhəlləsinin səhmanında izi qalan, əməyi ötən əl barmağı ilə sayılan şəxsiyyətlər olub ki, onlar paytaxta rəhbərlik etmişlər. Vaxtilə toza qərq olmuş bir şəhərə qısa bir zamanda yaşıl "don" geyindirən, sakinlərinə doğmalıqla yanaşan, əziz Bakısına eyni can yandıran ötən1959 - cu ildən bu günədək xatirələrdə yaşayan, daim sevgilə yad edilən, hər bir qədirbilən şəxsin istəklisi Əliş Lənbəranlının müstəsna xidmətlərini Bakı sakinləri daim ehtiramla xatırlayır və xatırlayacaq.
1921 - ci ildən, 2021 - ci ilə kimi, 100 ildə, doğma Bakımıza başçılıq və rəhbərlik edən, ayrı-ayrı şəxslər, milli mənsubiyyətindən asılı olmayaraq şəhərimizi idarə ediblər. Gəldiyim qənaət belədir: yalnız bu iki şəxsiyyətin - Zivər Bəy Əhmədbəyli ilə Əliş Ləmbəranlı(Lənbəranski)adı Doğma Bakının silinməz-pozulmaz daş yaddaşında həkk olub qalacaqdır.
RF Dövlət Dumasının deputatı, LDP-nın lideri V.Jirinovskinin öz ənənəsinə "sadiq" olaraq, xalqımızı, millətimizi təhqir etməsindən, hələ çox vaxt ötməyib. Partiya rəhbərinin, ictimaiyyətə məlum olan son çıxış(lar)ına professor, İsfəndiyar Vahabzadə tutarlı cavab verdi. Bəzi tanınmışlar da sabiq diplomatı qınadılar ki, bəs, sən təhqirə keçmisən. Necə deyərlər: "söymə nökər atamı, söymüyüm bəy atanı". Heç bir halda, təhqirin nə təlqin olunmağını, nə də təbliğinin istər yazıda, istərsə də şifahi nitqdə səslənməsinə münasibətim xoş olmayıb. Xalqımıza, millətimizin ünvanına hədyan dolu aşağılayıcı ifadələr işlədən V.Jirinovskiyə qarşı tanınmışların vəhdət təşkil edərək, partiya liderinə etdiyi çıxışları (əvvəlkiləri də) olmaqla, qarşı tərəfin çıxışının mətnini ciddi araşdıraraq, partiya liderinə gerçək faktlarla ona mükəmməl elmi-publisistik şəkildə cavab verməyə, məgər mütəxəssisimiz yoxdurmu...?!
Əlbəttə, mütəxəssisimiz çoxdur, ancaq acı təəssüflər olsun ki, milli təəssübkeşlərimiz arzu etdiyimiz qədər çox deyil. Əgər çox olmuş olsaydı, dövlətin hesabına hər bir təzmintla təmin olunmuşlar, milli heysiyyatımıza toxunan fikirlər səsləndirən qarşı tərəfə, vaxtında birləşərək cavab verərdilər.
Mövzudan kənara çıxmaq istəməsəm də, həqiqət naminə, bu yola qismən də olsa aydınlıq gətirmək istərdim.
Keçmiş SSRİ məkanında - Azərbaycanda rus xalqına, onun ədəbiyyatına, bütövlükdə mədəniyyətinə, eləcə də rus dilinə olan səmimi münasibət, nəinki Pribaltika Respublikalarında, RF - nın ən yaxın strateji müttəfiqi olan Ermənistanda başqa xalqlara yer olmadığı kimi, ruslara qarşı olan "səmimiyyət" də bəllidir.
İllər öncə, vətəndaş alim, Həmid Araslının özünü fars bilən Firuz Mənsuriyyə adlı müəllifə açıq məktub yazmışdı. Həmin açıq məktubda F.Mənsuriyyə elmi-nəzəri cavab yazaraq, "Kitabı Dədə Qorqud" - un və Şah İsmayıl Xətainin fars adlandırılmasına vaxt itirmədən, tutarlı cavab yazmışdır. Beləliklə, bundan sonra F. Mənsuriyyə fikrində yalnış olduğunu anlamış, bir daha bu mövzuya qayıtmağın faydasız olduğunu dərk etmişdi.
Zaman-zaman millətimizə, tarixi şəxsiyyətlərimizə qarşı qərəzli xəbər, böhtan məlumatlar yer alıb. Belə qarayaxmalar, xüsusən də başqa ölkələrdən vaxtaşırı gələrkən, biz bir millət olaraq əvvəlcədən millət və dövlət mənafeyimizi müdafiə etmək, Birliyimizi göstərməliyik. Vətəndaş alim H.Araslı tarixi şəxsiyyətimizə eyni zamanda, milli qədim yazılı abidəmizə qarşı böhtan atanlara çevik cavabı, susmağın heç də hər zaman qızıl olmadığını, öz müdrikliyi ilə təsdiqləmiş oldu.
Erməni cəmiyyətinə xas pis bir xüsusiyyət mövcuddur. Qatili, oğrunu, terrorçunu Ermənistan öz qəhramanına çevirir. İnsanlıq əleyhinə cinayətlər törətmiş, işğalçılıq, talançılıq hesabına "general" olanları əziz tutur. O "generallar" ki, təmsil etdiyi ordunun əsgərlərinin də gündəlik qida payını "duşonka"larını çırpışdıraraq yaşadığı evin zirsəmisinə yığır, himalay ayısına bənzər oğurluq edən və ərzaqlarla qışa tədarük görür, terrorçulq, oğrubaşılıqla məşğuldurlar.
Yenidən qayıdaq 21.08.2021 - il tarixdə Pravda.az saytında tanınmış hüquqşünas A.İsmayılovun külli miqdarda rüşvət ittihamı ilə həbsdə olan Rasim Quliyevin həbsdən azad edilməsinə imza atan 101 nəfər tanınmış şəxslərin msələsinə. Yazının sonunda A.İsmayılov "ancaq bir şeyi də unutmayın ki, həyat çox ədalətlidir". - deyə qeyd edib. Hüquqşünas sanki bizlərə "xain adamları əfv etmək, sadiq adamları öldürmək deməkdir" kəlamını xatırladır.
A.İsmaylovun yazısının sonunu ədalət sözü ilə bitirməsi, olduqca ibrətamizdir. Həm də ona görə ki, haqq, ədalət gec-tez öz yerini tapır.
Ədalətdən söz düşmüşkən: həyatda ədalətin öz yerini alması faktını diqqətinizə çatdırmağı özümü mənəvi borclu sanıram. İllər öncə, sağlığında xalqın sevimlisi, dünyasını dəyişdikdən sonra adı tarixə düşən, milli mədəniyyətimizin əbədi şölə saçan məşəli, dahi Üzeyir Hacıbəylinin özünün əməyi, zəhməti, hünəri, cəsarəti, milli təəssübkeşliyilə araya - ərsəyə gətirdiyi, Azərbaycan Dövlət Konservatoriyasından (indiki Bakı Musiqi Akademiyası) dahi şəxsiyyətin adının götürülmə təhlükəsi yaranır. Elm, təhsil və mədəniyyət müəssisələrinə tarixi şəxslərin adının verilməsi Sovetlər dönəmi ilə bağlı idi. Tarixi ədalətsizliyə son vermək üçün, belə bir Sərəncamın verilməsi gözlənilən idi. Ölkəmizin müstəqilliyi yolunda, millət naminə dəyəri və ya xidməti olmayan bəzi şəxslərin adları müəyyən müəssisələrin adlarını daşıyırdı. Akademik Milli Dram Teatrı Məşədi Əzizbəyovun adını daşıyırdı. Bolşevikin sənət ocağına adının verilməsi gülünc doğurur. Sərdar Bünyadov, Q.Musabəyovun adını daşıyan müəssisələrdən götürüldü. Ancaq, necə deyərlər "qurunun oduna yaş da yana bilərdi". Milləti naminə misilsiz xidmətləri olan, dahi Üzeyir Hacıbəylinin övladı qədər can yandırdığı Dövlət Konservatoriyasından onun adının da götürülməsi təhlükəsi yaranmışdı. İncəsənət, mədəniyyət və ictimai xadimlərin əksəriyyəti nədənsə yenə də susmağı lazım bildilər.
Belə bir həssas məqamda mərhum bəstəkar, Süleyman Ələsgərovun nəvələri(Əməkdar artist) Tahir və Cabir İmanovların birgə quruluş ilə hazırladıqları tamaşada səhv etmirəmsə Cabirlə Toppuş bacının səhnədə yaratdıqları obrazın dili ilə - "aktrisa əllərini konservatoriyanın binasına tərəf uzadaraq, xitabətən "Üzeyir bəyin adını bu sənət ocağından silməkmi olar" - deyərək, bu təsirli fikri səsləndirdi. Elə həmin an tamaşanı izləyən bütün tamaşaçılar bir ağızdan aktrisa ilə həm rəy, həm fikir olduqlarını, uzun sürən sürəkli alqışlarla qarşıladılar.
Yenidən A.İsmayılovun sözügedən yazısında külli miqdarda rüşvət ittihamı ilə həbsdə olan Rasim Quliyevin həbsdən azad olması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət edən 101 nəfər tanınmış şəxslərin birliyini təcəssüm etdirən yazısını məlum saytdan izləsək də, ancaq illər öncə dahi Üzeyir Hacıbəylinin Konservatoriyadan adının götürülməsinin mümkün ola biləcəyi ilə bağlı əhali arasında fikirlər səslənərkən, o zaman 101 nəfər tanınmış şəxsin birlik təcəssümünü göstərən fakta rast gəlmədik.
Cümhuriyyətin ilk dəfə bəyan edilməsini qələmə alan, Müstəqilliyin müjdə xəbərini qəzet vasitəsilə millətilə birgə sevincini paylaşan Üzeyir bəyin sənət ocağından tarixi adının silinmə təhlükəsi yaranan zaman, bəzi adlı-sanlı şəxslər, tanınmış ziyalıların əksəriyyəti yenə də susmağa üstünlük verdilər.
Belə həssas məsələ susanlara, susmuşlara, susacaq qalanlara, üzü dönüklərə, daşürəklilərə aid deyil. Çünki, belə tiplər ölsə də yenə də nankorlar artır, daşürəklilər elə hey çoxalır.
Hüseyn Cavidin qapısını heç kim cürət edib açmayanda, Cavid ailəsinə mənəvi atalıq qayğısını (öz həyatı üçün hər an təhlükə gözləsə də)əsirgəməyən, iman sahibi, cəsarətli Kişi Üzeyir Hacıbəylinin adı, övladtək əzizlədiyi sənət ocağından qərib düşmək təhlükəsi yaranan zaman, harda idi o "igidlər", o "ərənlər", milli təəssübün keşiyini "çəkənlər"?! Nədənsə KİV - də, telekanallarda ilboyu canfəşanlıq edənlərin o zaman nə izi göründü, nə surəti, nə də ki, tozu...
Bu günədək, məni bir sual hələ də düşündürməkdədir. Görəsən, 101 nəfər tanınmış şəxslər, R.Quliyevin həbsdən azad olması üçün Dövlət Başçısına etdikləri müraciətə birgə imza ataraq göstərdikləri həmrəylik nümunəsini, bəlkə, mən yanılıram, dahi şəxsiyyətin tarixi adının Konservatoriyadan götürülmə ehtimalı artdığı zaman ,tanınmış 101 nəfər şəxslərin həmrəylik nümunəsinə oxşar nümunə görmədim.
Oxşar belə bir nümunəni həmin dövrdə KİV - də kimsə izləyə bilibmi?
HİKMƏT İSLAMOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü