ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bir ilk

ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bir ilk ABŞ Əfqanıstandan çəkildikdən sonra ilk dəfə bir ailənin ölkədən çıxmasına kömək edib.
Bu barədə məlumatı amerikalı rəsmilərə istinadən ABŞ mediası yayıb.
Bildirilib ki, ABŞ-ın köməyi ilə bir amerikalı və onun uşaqları Əfqanıstandan quru yolla qonşu ölkəyə qaçmağı bacarıb.
Qeyd edilib ki, sözügedən şəxslər sərhəddə ABŞ Səfirliyi işçiləri tərəfindən qarşılanıb. Təhlükəsizlik məsələləri baxımından onlar barədə geniş məlumat verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər