Türk Hava Yollarının təxliyyə uçuşu zamanı Əfqanıstan vətəndaşı olan qadın ana olub.
Bu barədə “RİA Novosti məlumat yayıb. Bildirilir ki, qadının və dünyaya gələn körpə qızın vəziyyəti yaxşıdır. Aviaşirkətdən verilən məlumata görə, doğum zamanı təyyarədə həkim olmadığından qadına heyət yardım etməli olub. Yeni doğulan uşağa Həvva adı verilib.
Xatırladaq ki, daha əvvəl də Əfqanıstandan evakuasiya olunan qadın ABŞ HHQ-nin təxliyyə reysinin göyərtəsində qız övladı dünyaya gətirmişdi.
Əfqanıstandan təxliyyə uçuşlarında indiyədək 3 uşağın dünyaya gəldiyi bildirilir.
Tehsil-press.az