Enriki İqlesias karyerasına son qoyur

Enriki İqlesias karyerasına son qoyur Dünyaca məşhur ispan müğənni Enriki İqlesias son albomunu buraxaraq solo karyerasını bitirmək niyyətindədir.
İfaçı instaqram səhifəsində “Fina” adlı yeni bir albom hazırladığını elan edərək gözlənilməz bir açıqlama verib.
O, albomun karyerasında sonuncu ola biləcəyini qeyd edib və bu adın özünü tam doğrultduğunu bildirib.
E. İqlesias onu da əlavə edib ki, yaradıcılıq fəaliyyətinə son vermə qərarı barədə son bir neçə ildir düşünür:
“Həyatımın o anındayam... İndi albom çıxarmağın doğru olduğunu düşünürəm və 2015 -ci ildən bəri bu barədə düşünürəm”.

Tehsil-press.az

Oxşar xəbərlər