Beynəlxalq konqresdə Tarix Muzeyi əməkdaşlarının məruzələri dinlənilib

Beynəlxalq konqresdə Tarix Muzeyi əməkdaşlarının məruzələri dinlənilib AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları “Balkanlar, Anadolu, Qafqaz və Türküstanın (Mərkəzi Asiya) coğrafiyası, sənəti, mədəniyyəti, tarixi və folkloru” adlı I Beynəlxalq konqresdə çıxış ediblər.
Tədbir tarix elmləri doktoru, professor Kamil İbrahimovun xatirəsinə həsr olunub. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və digər ölkələrin bir sıra elmi-tədris müəssisələrinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konqresdə muzeyin 12 əməkdaşının məruzəsi dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər