Bakı Slavyan Universitetində ali və orta ixtisas təhsili sistemi üzrə məsul şəxslər təlimə cəlb edilib

Bakı Slavyan Universitetində ali və orta ixtisas təhsili sistemi üzrə məsul şəxslər təlimə cəlb edilib Hazırkı şərait təhsil prosesində distant təhsil texnologiyalarından istifadə ilə yanaşı, bu prosesdə iştirak edən tərəflərdən, xüsusilə ali məktəblərin əməkdaşlarından zəruri bilik, bacarıq və vərdişlər tələb edir. Bu gün təhsil sisteminin elektronlaşdırılması həm də şəffaflığın və dinamikliyin, vaxta qənaətin və səmərəliliyin bariz nümunəsidir.
Bakı Slavyan Universitetində (BSU) 2021-2022-ci tədris ilində ali və orta ixtisas təhsili sistemində işin düzgün təşkili və koordinasiyalı həyata keçirilməsi məqsədilə fakültə dekanları, tədris işləri üzrə dekan müavinləri və akademik məsləhətçilər üçün Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi tərəfindən silsilə təlimlər təşkil edilib.
İlk təlimdə ali və orta ixtisas təhsili sistemi ilə işləmək üçün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən tərtib olunmuş “Təlimat kitabı” əməkdaşlara tövsiyə olunub. Əlavə olaraq sistemlə iş prinsipinin ardıcıllığı, modullar üzrə əməliyyatların icrası, qiymətlərin əlavə edilməsi əyani şəkildə izah edilib.

Tehsil-press.az


Oxşar xəbərlər