Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən qabiliyyət imtahanlarına cəlb ediləcək ekspertlərin reyestri – Qabiliyyət İnformasiya Sistemi ilə bağlı növbəti treninq keçirilib.
Treninqdə 16 ali və orta ixtisas təhsili müəssisəsinin nümayəndələri iştirak ediblər. Təlimdə əvvəlcə Qabiliyyət İnformasiya Sisteminin aktuallığı, yaranma səbəbləri və əhəmiyyəti haqqında məlumat verilib və reyestrin yaranması ölkəmizdə dövlət orqanlarının fəaliyyətinin elektronlaşdırılması prosesinin tərkib hissəsi kimi qiymətləndirilib. Ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən Qabiliyyət İnformasiya Sisteminin xüsusi qabiliyyət imtahanlarının daha təkmil həyata keçirilməsində rolu vurğulanıb.
Sistemin yaradılmasında məqsəd peşəkar müəllimlərin imtahanlara cəlb edilməsinin genişləndirilməsi və kadr hazırlığını həyata keçirən təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməkdir.
İclasda reyestrlə işləmək qaydaları izah edilib və iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az