ADNSU və Malatya İnönü Universitetinin birgə təşkilatçılığı ilə simpozium

ADNSU və Malatya İnönü Universitetinin birgə təşkilatçılığı ilə simpozium Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Türkiyənin Malatya İnönü Universitetinin birgə təşkilatçılığı ilə V Beynəlxalq Süni İntellekt və Verilənlərin Emalı Simpoziumu keçirilib.
Onlayn formatda təşkil olunan tədbirdə bu ali məktəbin rektoru, simpoziumun həmsədri professor Mustafa Babanlı, təşkilat komitəsinin üzvü, elmi işlər üzrə prorektor professor Lətafət Qardaşova, beynəlxalq əlaqələr üzrə prorektor dosent Rafiq Camalov və universitetin digər alimləri iştirak ediblər.
Professor M.Babanlı çıxış edərək Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərini vurğulayıb, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən danışıb. O, süni intellektin inkişafından söz açaraq hər bir sahədə əldə edilən uğurların, elmi nailiyyətlərin zamanın tələbinə uyğun və müasir çağırışlara cavab verməli olduğunu deyib. Diqqətə çatdırılıb ki, bu gün süni intellektin inkişafı da zamanının tələbindən irəli gələn və elmin gətirdiyi ən vacib prioritet yeniliklərdən biridir.
Qeyd edək ki, ayrı-ayrı universitetlər və müəssisələrdən 250-yə yaxın tədqiqatçı və alimin qatıldığı simpoziuma təqdim olunan məqalə və tezislər Azərbaycan, türk və ingilis dillərində olmaqla əsasən süni intellekt və həmçinin uyğun istiqamətdə geniş sahəni əhatə edib.

Tehsil-press.az


Oxşar xəbərlər