2021-2022-ci tədris ilində Azərbaycan Dillər Universitetində (ADU) magistr səviyyəsi üzrə qəbul 88,7 faiz təşkil edib.
Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. ADU-nun magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayevanın hesabatına əsasən, bu göstərici 2018-2019-cu tədris ilində 71 faiz, 2019-2020-ci tədris ilində 74 faiz, 2020-2021-ci tədris ilində 84,2 faiz olub. “Bu ilin nəticələri onu deməyə əsas verir ki, ADU kollektivi pandemiya şəraitində təlim fəaliyyətini mükəmməl təşkil edib, təlimə olan motivasiyanı qoruyub saxlamağa nail olub. Professor-müəllim heyəti işinin öhdəsindən mükəmməl şəkildə gəlib”, – deyə şöbə müdiri bildirib.
F.Rzayeva əlavə edib ki, ADU-da əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daim zəruri addımlar atılıb. Belə ki, hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilib. Həmçinin bu tədris ilində bir neçə yeni ixtisas təqdim edilib və qəbul ötən illərdə olduğu kimi 100 faiz təşkil edib.
Tehsil-press.az