Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önündə anım tədbiri keçirilib.
Əvvəlcə Mübariz İbrahimovun abidəsi önünə əklil qoyulub, xatirəsi anılıb.
Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı Milli Qəhrəmanın döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıb. Mübariz İbrahimovun qəhrəmanlığının Azərbaycan gəncinin Vətənə məhəbbətinin təzahürü olduğunu qeyd edən M.Babanlı gənc nəslin vətənpərvər ruhda yetişməsində ailə, məktəb və universitetlərin xüsusi rolunu vurğulayıb.
M.Babanlı Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin əhəmiyyətindən bəhs edib. O, doğma torpaq naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib.
Rektor ADNSU-nun Vətən müharibəsində qəhrəmancasına şəhid olan məzunlarının ailələri ilə daim sıx təmasda olacağını qeyd edərək hazırda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər