Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jinhua və ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Xarici Dillər kafedrasının müdiri Salman Nuriyev Konfutsi İnstitutlarının Çinin Kunmin şəhərində keçirilən XI Dünya Konqresində iştirak edib. 140 ölkə üzrə 500-dən çox Konfutsi İnstitutunu təmsil edən 2400-ə yaxın nümayəndənin iştirak etdiyi konqresdə Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının baş nazirinin müavini Liu Yandong Konfutsi İnstitutlarının prioritet inkişaf istiqamətləri haqqında danışaraq, onların informasiya resurslarının inkişafına dəstəyinin, həmçinin yay düşərgələrinin və Konfutsi İnstitutları Gününün təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.
Konqresin Böyük İpək Yolu ölkələrində Konfutsi İnstitutlarının fəaliyyətinə həsr olunan ayrı-ayrı bölmələrdə iştirak edən nümayəndələrimiz ADU-nun tərəfdaş universiteti olan Xucjou Universitetinin rektoru Çjan Litsin ilə görüşüblər. Çjan Litsin ADU Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və ADU rəhbərliyi başda olmaqla Konfutsi İnstitutunun müəllim və əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə öz minnətdarlığını bildirib.
ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasovun sözlərinə görə, ADU Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri Çinin Trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılmasını hədəfləyən “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirak etməsi ilə bağlı elmi araşdırmaların aparılmasıdır. O, bildirib ki, ötən il ADU Konfutsi İnstitutu Azərbaycanın Çin ilə siyasət, iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığına həsr olunmuş 20-dən çox elmi seminar keçirib.

ADU-nun Mətbuat Xidməti