Təzəpir məscidində şəhidlərin xatirəsi anılır

Təzəpir məscidində şəhidlərin xatirəsi anılır 27 sentyabr - Anım Günü ilə əlaqədar Təzəpir məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimi başlayıb.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınacaq, şəhidlər xatirəsi yad ediləcək, onların ruhuna dualar oxunacaq.
Mərasimdə namaz qılınıb, Hazırda QMİ-nin Qazılar Şurasının üzvü Hacı Faiz Nağızadə şəhidlərin ruhuna Quran oxuyur.
Qeyd edək ki, bu gün şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər