BDU tələbəsi Gənclər Fondunun dəstəyi ilə “İlham Əliyev – Zəfər amili” adlı layihə həyata keçirir

BDU tələbəsi Gənclər Fondunun dəstəyi ilə “İlham Əliyev – Zəfər amili” adlı layihə həyata keçirir Bakı Dövlət Universitenin (BDU) Biologiya fakültəsinin tələbəsi Fatimə Miri Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi kimi “İlham Əliyev – Zəfər amili” adlı layihənin icrasına başlayıb.

Layihə gənclər arasında dövlətçilik prinsiplərinin, suverenlik anlayışının və 44 günlük Vətən müharibəsi gerçəklərinin təbliğini genişləndirməyi hədəfləyir.

Layihə çərçivəsində gənclərin dövlətçilik, suverenlik, informasiya təhlükəsizliyi, milli dayanıqlıq və liderlik mövzularında məlumatlılığını artırmaq məqsədilə maarifləndirici təlimlər, ekspert görüşləri və müxtəlif interaktiv fəaliyyətlər həyata keçiriləcək. Bununla yanaşı, gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək üçün esse, şeir və sərgi formatlı müsabiqə və tədbirlərin təşkili nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər