Emin Əmrullayev Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının direktoru ilə görüşüb

Emin Əmrullayev Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının direktoru ilə görüşüb Sentyabrın 28-də təhsil naziri Emin Əmrullayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development, OECD) Baş katibinin Təhsil siyasəti üzrə xüsusi müşaviri, Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (Programme for International Student Assessment, PISA) yaradıcısı və direktoru Andreas Şleyxer ilə onlayn görüş keçirib.
Görüşdə əməkdaşlıq perspektivləri, o cümlədən PISA-nın Azərbaycan üzrə nəticələri və onların inkişaf tendensiyaları müzakirə edilib.
Qeyd edək ki, oktyabrın 1-də bir çox qlobal səviyyəli mütəxəssislərin iştirakı ilə keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda Andreas Şleyxer əsas məruzə ilə çıxış edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər