Fransada kilsədə qalmaqal, 3200 pedofil rahib aşkarlandı

Fransada kilsədə qalmaqal, 3200 pedofil rahib aşkarlandı Fransız Katolik Kilsəsindəki uşaq istismarlarını araşdıran müstəqil komissiya 1950-ci ildən bəri minlərlə pedofiliya faktının qeydə alındığını bildirib.
Komissiya 2900-3200 pedofil rahib və ya kilsə üzvünü ortaya çıxarıb.
Komissiyanın rəhbəri Jan-Mark Sauv bu sayların “minimum təxmin” olduğunu deyib.
Komissiyanın hesabatı məhkəmə və polis arxivləri, eləcə də, şahid ifadələri ilə çərşənbə günü yayımlanacaq.
Hesabatda həm günahkarların, həm də qurbanların sayının açıqlanması, pedofillərin kilsədə qalmasına icazə verən “institusional və mədəni mexanizm”in təhlil edilməsi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər