Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İdarə müdiri ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib, müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
M.Vəliyeva deyib: “Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəblərə qəbul olunan gənclərimiz ixtisas seçimi zamanı müəllim peşəsinə daha böyük maraq göstərirlər”.
Mərasimdə çıxış edənlər şərəfli peşə olduğu üçün müəllim adını daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.
Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatmış əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərlərinə, 2020-2021-ci tədris ilində olimpiada və müsabiqələrin nəticələrinə görə, fərqlənmə attestatları, qızıl və gümüş nişan alan şagirdlərin sayına görə seçilən məktəb direktorlarına, olimpiada mərkəzlərinə şagird hazırlığını təmin etmiş müəllimlərə BŞTİ tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.
Həmçinin 2021-ci ildə yubileyi olan məktəb rəhbərləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.
Tehsil-press.az