Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirilib. Konfrans DİA-nın nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə onlayn davam edib.
Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Rektor müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndərin Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırladıb. Heydər Əliyev siyasi xəttinin uğurlu nəticələrindən danışan rektor dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini, Azərbaycanın çox sürətlə davamlı inkişaf etdiyini bildirib.
Rektor qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb. U.Ələkbərov müstəqil Azərbaycanın uğurlu inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolu olduğunu qeyd edib.
Elmi-praktik konfransda çıxış edən Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə, Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, Politologiya və siyasi idarəetmə kafedrasının müəllimi Zaur Məmmədov və digər məruzəçilər ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan bəhs edib, Ulu Öndərin Azərbaycanın dövlətçilik maraqlarını həmişə üstün tutduğunu vurğulayıblar. Məruzələrdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz müdrik sözünü dedi, vətəndaş qarşıdurmasının qarşısını aldı. Heydər Əliyevin xilaskarlıq missiyası tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə vaxtında və yenidən qayıdışı ölkəmizi məhv olmaqdan qurtarmış, onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, ölkədə sabitlik və əmin-amanlıq yaratmışdır.
Tehsil-press.az