Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı Gününə həsr olunan “Azərbaycan dövlətçiliyində bayrağın yeri və əhəmiyyəti” adlı elmi-praktik konfrans keçirilib.
Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından 28 il keçməsinə baxmayaraq, Azərbaycan Respublikası uğurla inkişaf edir və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə dövlət quruculuğunun bütün sahələrində diqqətəlayiq tərəqqiyə nail olub. Akademik Urxan Ələkbərov qazanılan uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb. Rektor, eyni zamanda, diqqətə çatdırıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın önəmli rolu var.
Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib və eyni zamanda, bu mühüm nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.
Elmi-praktik konfransda çıxış edən Dövlət Bayrağı Meydanının direktoru Könül İmamverdiyeva, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşaviri Abdulla Qurbani, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” ictimai birliyinin sədr müavini, professor Elçin Əhmədov, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Murad Həsənxanlı və digərləri respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın tarixindən danışdılar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş üçrəngli bayrağımızın hələ SSRİ vaxtında ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldıldığı diqqətə çatdırıldı. Çıxış edənlər Dövlət bayrağının xalqımızın sonsuz qürur mənbəyi olduğunu, müstəqil ölkəmizin dünyada nüfuzunun yüksəldiyi, işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olundu.
Sonra Dövlət bayrağına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tehsil-press.az