Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim keçirilib.
Təlimin əsas məqsədi ölkənin innovativ və inklüziv inkişafı üçün hədəflərin yeni istiqamətləri ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır.
Təlimdə bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda mühazirə ilə çıxış edib.
Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Dünya miqyasında ilk dəfə işlənilmiş idarəetmə texnologiyaları sayəsində Azərbaycanın inklüziv inkişaf indeksinin Avropa İttifaqına üzv olan bir çox dövlətlərin göstəricilərindən yüksək olduğu bildirilib.
Daha sonra yerli icra hakimiyyətlərinin əməkdaşlarının sualları cavablandırılıb.
Tehsil-press.az