“Bu, əfqanlar üçün faciə, Qərb üçün itkidir”

“Bu, əfqanlar üçün faciə, Qərb üçün itkidir” “Əfqanıstandakı hadisələrdən dərs çıxarılmalıdır. “Taliban”ı tanımasaq da, əlaqə qurmağa ehtiyac var”.
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Strasburqda keçirilən Əfqanıstan mövzusundakı Aİ Baş Assambleyasının iclasında deyib.
“NATO-nun Əfqanıstandan çəkilməsindən sonra “Taliban”ın hakimiyyəti ələ keçirməsi əfqan xalqı üçün faciə, Qərb üçün itki, beynəlxalq əlaqələrdə isə mümkün bir oyun dəyişdiricidir.
“Taliban”ın açıqladığı müvəqqəti hökumətdə yer alan bəzi şəxslərin terrorçu siyahısında olması gözlənilən idi. Hələ də orada olan avropalıların və Əfqanıstanda demokratiya uğrunda mübarizə aparan şəxslərin təxliyyələri üçün çalışacağıq. Bu şəxslərin qorunmasını təmin etməliyik”, - Borrell vurğulayıb.
O, hazırkı prioritetləri də açıqlayıb:
“İndi əsas məsələ yeni hökumətlə necə əlaqə saxlamaq, geniş bir bölgədə nələr etməli olduğumuzdur. Bundan başqa, dünyanın başqa yerlərində dövlət qurma məsələsində çıxarılacaq dərslər haqqında özünütənqidə ehtiyac var. Çünki Əfqanıstanda olanlar bizə çox şey öyrətdi. Dövlət yaratmaq Əfqanıstanın işğalından əvvəl Corc Buşun təxmin etdiyindən daha çətindir”.
Onun sözlərinə görə, Əfqanıstandakı hadisələrin inkişafına təsir göstərə bilmək üçün “Taliban”la əlaqə qurmaq lazımdır:
“Əlaqə qurmaq tanımaq mənasına gəlmir. Əlaqə qurmaq mümkün olanda danışmaq, müzakirə aparmaq və uzlaşmaqdır. Xüsusən Əfqanıstana göndərməli olduğumuz yardımlar üçün dialoq qurmalıyıq”.

Tehsil-press.az



Oxşar xəbərlər