Fransız-Azərbaycan əmək və karyera sərgisi

Fransız-Azərbaycan əmək və karyera sərgisi Fransanın Azərbaycandakı Səfirliyi, ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti, Azərbaycan-Fransa Ticarət Palatası, Azərbaycan-Fransa Məzunları Assosiasiyası 15 oktyabr 2021-ci il tarixində Fransız- Azərbaycan əmək və karyera sərgisi təşkil edir.
Bu sərgi Fransa ali təhsil sistemində təhsil almış və həmçinin gənc azərbaycanlı frankofonlara və digərlərinə, Azərbaycanda təklif edilən karyera və əmək imkanlarını kəşf etmək arzusunda olan bütün akademik profilli (dillər, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) gənc azərbaycanlılara (yuxarı sinif şagirdləri, tələbələr, gənc peşəkarlar, və s.) ünvanlanır.
Sərgi onlara Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri (menecerlər, işə götürənlər, məsləhətçilər və s.) ilə ünsiyyət qurmağa və Fransada ali təhsil alan bir çox azərbaycanlı məzunun peşəkar uğur yollarını kəşf etməyə imkan verəcəkdir.
Müəyyən sahələri (enerji, nəqliyyat, infrastruktur, mühəndislik, bank və biznes, otelçilik, turizm, şərabçılıq və s) təmsil edən bir çox şirkətlər bu tədbirdə iştirak edəcəkdir : TotalEnergies, Alstom, Azırbaycan Beynəlxalq Bankı, Schneider Electric, Société Générale, Paşa Bank, Schlumberger, IBIS, Shirvan Wines, və s.): bu şirkətlər həm sərgiyə gələn insanlarla karyera fəaliyyətləri və imkanları haqqında fikir mübadilələri edəcəklər və həm də bütün gün ərzində iştirakçıları öz təqdimat stendlərində qəbul edəcəklər.
Bundan başqa, gənclər fərqli sahələrdə əhəmiyyətli vəzifələrdə olan və hər biri Fransa ali təhsil sisteminin məzunları olaraq, yüksək səviyyəli onlarla azərbaycanlı peşəkarları dinləyə və onlarla söhbət edə biləcəklər: universitet müəllimləri, təhsil sahəsinin əməkdaşları, vəkillər və ya hüquqşünaslar, dövlət qurumlarının nümayəndələri, şirkət rəhbərləri, mədəniyyət, idman dünyasının və vətəndaş cəmiyyətinin nümayəndələri.
Bakıda fəaliyyət göstərən əsas fransız tədris qurumları da bütün gün ərzində məlumat stendləri təqdim edəcəklər: Campus Fransın Azərbaycan Offisi: Fransada ali təhsilə istiqamət və hazırlıq agentliyi - Bakı fransız Liseyi (fransız orta təhsil sistemi) - Azərbaycan fransız İnstitutu (fransız dili dərsləri, fransız dili xarici dil üzrə beynəlxalq sertifikat imtahanları, mediateka) - UFAZ ( Azərbaycan Fransız Universiteti : Bakıda Strasburq universitetinin dəqiq elmlər (bakalavr, magistr) üzrə diplomlarına çıxışın olması), UFC (Universitet Fond Dərsləri: Fransada təhsilə hazırlıq).
Rəsmi açılış mərasımınə giriş saat 09 :30 – dan 10 : 00-a qədər olacaqdır (əvvəlcədən qeydiyyat mütləqdir və bu qeydiyyatı UFAZ-ın beynəlxalq əlaqələr və ictimaiyyətlə iş üzrə şöbəsinin müdiri Cənab Kamil Piriyev həyata keçirir. Tel. : 012 599 00 74, [email protected]) və tədbirin qalan hissəsinə ictimaiyyətin girişi bütün gün ərzində sərbəst olacaqdır : tədbirin proqramı qoşmada yer alır.
Tədbirin dilləri : azərbaycan, fransız və ingilis (sinxron tərcümə ilə ) dilləridir.
Tədbirə giriş peyvənd pasportu və ya Covid-19 əleyhinə immun sertifikatının təqdim edilməsi ilə mümkündür.
Məkan : UFAZ (Azərbaycan-Fransız Universiteti) Nizami küçəsi 183, Bakı

Tehsil-press.az


Oxşar xəbərlər