Fransız-Azərbaycan əmək və karyera sərgisi

Fransız-Azərbaycan əmək və karyera sərgisi UFAZ-da (Azərbaycan-Fransız Universiteti) saat 09.30–dan 18.30-dək Fransız-Azərbaycan əmək və karyera sərgisi təşkil ediləcək.
Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə (şagirdlərə, tələbələrə, gənc peşəkarlara) fransız ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan karyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir.
Sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərləri, işə götürənləri, müşavirləri) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir.
Peşəkar gələcəyinizi hazırlamaq istəyirsiniz, Fransada ali təhsil almağı planlaşdırırsınız və ya artıq bunu reallaşdırmısınız, Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyirsiniz, elə isə, bu gün sizin üçün hazırlanmışdır.
Orta məktəbin yuxarı sinif şagirdlərinə, tələbələrə, gənc peşəkarlara və s. giriş sərbəstdir. Yalnız saat 09.30-da olacaq rəsmi açılış mərasimində iştirak üçün əvvəlcədən, oktyabrın 12-dək onlayn qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/fczCRLvA9gvLpp2q8
Sərgi Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Fransa Ticarət Palatası, UFAZ (Azərbaycan-Fransız Universiteti) və Fransanın azərbaycanlı məzunları Assosiasiyası (AAAF) tərəfindən təşkil edilib.
Proqramda aşağıdakılar nəzərdə tutulur:
Məzunların təqdimatı, işə götürülmə imkanları, təhsil yolu və fikirləri.
Saat 9:30–da sərginin rəsmi açılışında Azərbaycanın təhsil naziri, Fransanın ölkəmizdəki səfiri, Azərbaycan-Fransa Ticarət Palatasının sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, Fransanın Azərbaycanlı Məzunlar Assosiasiyasının sədri, bir xarici fransız ticarət müşavirinin və s. iştirakı gözlənilir.
Saat 10:00 – 13:00 - şirkətlərin təqdimat seminarları: fəaliyyətləri, əmək profilləri, karyeraları, üstünlükləri və s.
Saat 14.30 – 18.00 - fərqli əmək sektorlarından olan Fransanın azərbaycanlı məzunlarının peşəkar uğurlarının yolu haqqında təəssüratları: şirkətlər və texnologiyalar, təhsil və elm, hüquq və biznes, inzibati və dövlət sektoru, idman və vətəndaş cəmiyyəti və s.
Bütün gün ərzində stendlərə baxmaq üçün giriş sərbəstdir.
Fərqli sektorlar üzrə fransız və Azərbaycan şirkətlərinin stendləri: enerji, ətraf mühit, bank və biznes, nəqliyyat, turizm və s. təqdimat, işə götürənlər ilə əlaqə, məlumat və məsləhətlər: “Alstom”, “İbis”, “Paşa Bank”, “Schlumberger”, “Schneider – Electric”, “Société Générale”, “Total-Energie” və s.
Campus-Frans Azərbaycanın stendi: Fransada ali təhsil üçün istiqamət və hazırlıq agentliyi.
Bakı Fransız Liseyinin (fransız orta məktəb proqramı tədris olunur), Azərbaycan Fransız İnstitutunun (fransız dili, fransız dili xarici dil biliyi üçün beynəlxalq sertifikat imtahanı), UFAZ-ın (Azərbaycan-Fransız Universiteti): Bakıda Strasburq universitetinin dəqiq elmlər üzrə diplomlarının əldə olunması), Universitet Fond Kurslarının (UFC) (Fransada təhsilə hazırlıq) stendləri.
Tədbirin dilləri: Azərbaycan, fransız, ingilis (sinxron tərcümə ilə ).
Binaya giriş COVID-19-a qarşı peyvənd pasportu və ya immun sertifikatı ilə mümkündür.
Məkan: UFAZ (Azərbaycan-Fransız Universiteti ) Bakı, Nizami küçəsi, 183

Tehsil-press.az


Oxşar xəbərlər