Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) iyulun 25-də keçirilən qəbul imtahanının nəticələri iyulun 27-də elan olunacaq.
Bunu ADNSU-nun rektoru, professor Mustafa Babanlı deyib.
Onun sözlərinə görə, nəticələrdən qane olmayan abituriyentlər üçün iyulun 28-də apelyasiyaya müraciət etmək imkanı yaradılıb.
M.Babanlı bildirib ki, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan 523 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Abitiriyentlərdən 400 nəfəri Azərbaycan, 123 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək istəklərini ifadə ediblər. UFAZ-a qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin DİM-in keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında topladıqları bal 500-700 bal arasında dəyişir. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.
M.Babanlı bildirib ki, UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.
Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir.
Universitetdə tədris ingilis dilində, fransız proqramı əsasında aparılır.
Hikmət Əliyev[right][/right]

Hikmət Əliyev