Fransız-Azərbaycan əmək və karyera sərgisi keçiriləcək. Tədbir Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan-Fransa Ticarət Palatası, Azərbaycan-Fransa Məzunları Assosiasiyası tərəfindən təşkil edilir.
Sərgi Fransa ali təhsil sistemində təhsil almış, həmçinin gənc frankofonlara və digərlərinə, Azərbaycanda karyera və əmək imkanlarını kəşf etmək arzusunda olan bütün akademik profilli (dillər, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) gənclərə (yuxarı sinif şagirdləri, tələbələr, gənc peşəkarlar və s.) ünvanlanır.
Sərgi onlara Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri (menecerlər, işə götürənlər, məsləhətçilər və s.) ilə ünsiyyət qurmağa və Fransada ali təhsil alan bir çox azərbaycanlı məzunun peşəkar uğur yollarını kəşf etməyə imkan verəcək.
Müəyyən sahələri (enerji, nəqliyyat, infrastruktur, mühəndislik, bank və biznes, otelçilik, turizm, şərabçılıq və s) təmsil edən bir çox şirkətlər bu tədbirdə iştirak edəcək. “TotalEnergies”, “Alstom”, Azərbaycan Beynəlxalq Bankı, “Schneider Electric”, “PAŞA Bank”, “Schlumberger”, “IBIS, Shirvan Vines” və s. şirkətlər həm sərgiyə gələn insanlarla karyera fəaliyyətləri və imkanları haqqında fikir mübadiləsi aparacaq, həm də iştirakçıları öz təqdimat stendlərində qəbul edəcəklər.
Bakıda fəaliyyət göstərən əsas fransız tədris qurumları da məlumat stendləri təqdim edəcəklər.
Rəsmi açılış mərasiminə giriş saat 09:30–dan 10:00-a qədər olacaq (əvvəlcədən qeydiyyat mütləqdir və bu qeydiyyatı UFAZ-ın beynəlxalq əlaqələr və ictimaiyyətlə iş üzrə şöbəsinin müdiri Kamil Piriyev həyata keçirir. Telefon: 012 599 00 74, [email protected]) və tədbirin qalan hissəsinə ictimaiyyətin girişi bütün gün ərzində sərbəst olacaq.
Tədbirin dilləri: Azərbaycan, fransız və ingilis (sinxron tərcümə ilə).
Sərgiyə giriş peyvənd pasportu və ya COVID-19 əleyhinə immun sertifikatının təqdim edilməsi ilə mümkündür.
Tehsil-press.az