Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb.
Onlayn formatda keçirilən tədbirdə çıxış edən bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ömür yolundan danışıb, onun igidliyinin hər bir azərbaycanlı gənc üçün örnək olduğunu deyib. Qeyd edilib ki, 11 il bundan öncə Mübariz İbrahimovun göstərdiyi igidlik Azərbaycan Ordusunun gücünü dünyaya tanıtdı.
Rektor vurğulayıb ki, Mübariz İbrahimovun ruhu şaddır, çünki onun uğrunda şəhid olduğu Vətən torpağı 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad olunub.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, ADNSU-nun əməkdaşı, Vətən müharibəsi iştirakçısı, qazi Niyaz Zeynalov Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan danışıb, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər