“AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Serbiya Respublikasında tikintisini həyata keçirdiyi iki mühüm layihə - Ruma-Şabats-Loznitsa və Belqrad Dairəvi Yolu layihələri Balkanlarda böyük maraqla izlənilir.
Hər iki layihə həm işin həcminə görə, həm də keyfiyyəti baxımından diqqət çəkir. Azərbaycanlı mütəxəssislərin bu sahədə peşəkarlığı da yüksək dəyərləndirilir. 2020-ci ildən icrasına başlanılan Ruma-Şabats-Loznitsa layihəsi üzrə Sava çayı üzərində körpünün tikintisi, eləcə də ümumi uzunluğu 21 km-ə yaxın olan, 7 körpü və 3 tunelin də daxil olduğu Belqrad Dairəvi Yolunda inşaat işlərinə daim həssaslıqla yanaşılır.
Qeyd edilən layihələr üzrə mövcud durum bu günlərdə şirkətin baş direktoru Kamil Əliyev ilə Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Tomislav Momiroviç ilə görüşdə də geniş müzakirə olunub. “AzVirt” MMC-nin fəaliyyətinin məhsuldar olduğunu vurğulayan serbiyalı nazir bildirib ki, ölkəsində bu şirkətin yüksək keyfiyyətlə tikintisini reallaşdırdığı layihələrin icrası prosesindən razıdırlar. Serbiya hökuməti əmindir ki, nəzərdə tutulan işlər vaxtında yerinə yetiriləcək. “AzVirt” MMC-nin baş direktoru K.Əliyev də Serbiyada çalışmaqlarından məmnun qaldıqlarını, burada həyata keçirilən işlərin iki ölkənin arasındakı iqtisadi münasibətlərdə mühüm rol oynadığını və Serbiyanın rəsmi dairələrinin onların fəaliyyəti üçün bütün lazımı şəraiti yaratdıqlarını diqqətə çatdırıb. Bu görüşdə Serbiyanın yol təsərrüfatı təşkilatı olan “Koridora Srbije”nin direktoru Aleksandr Antiç də iştirak edib.
Qeyd edək ki, səfər çərçivəsində ”AzVirt” MMC-nin Bakı və Belqrad ofislərinin nümayəndələri Serbiyanın paytaxtında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub.
Xatırladaq ki, “AzVirt” MMC Serbiya Respublikasında 5 il öncə daha bir mühüm layihə - Belqrad-Juzni Jadran magistralının inşasını uğurla başa çatdırıb və bu münasibətlə hər iki ölkə rəsmilərinin iştirakı ilə yüksək səviyyədə açılış mərasimi keçirilib. Hazırda isə şirkət Qarabağda həyata keçirilən Beynəlxalq Hava Limanları layihələrinin, o cümlədən “Əhmədbəyli-Füzuli-Şuşa” avtomobil yolunun bir hissəsinin tikintisində iştirak edir.
Tehsil-press.az