Texniki Universitetdə yoluxma, 3 qrup distant təhsilə keçirildi

Texniki Universitetdə yoluxma, 3 qrup distant təhsilə keçirildi Azərbaycan Texniki Universitetində 3 qrup distant təhsilə keçirilib.
Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib. Onun sözlərinə görə, 3 tələbədə koronavirus aşkarlanıb:
“Qrupda başqa tələbələrdə yoluxma qeydə alınmayıb. Pandemiyanın qaydalarına uyğun olaraq, həmin tələbələr izolyasiya olunublar. Hazırda onların vəziyyətləri normaldır”.
Qeyd edək ki, distant təhsilə keçirilmiş qruplarda iki həftədən sonra ənənəvi tədris bərpa olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər