Bakı Dövlət Universitetinin (BDU) bir qrup kollektivi BDU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunu Şamil Nəcəfovun məzarını və onun ailəsini ziyarət edib.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabbarov və Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Tələbələr Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu olan Şamil Nəcəfovun Vətən torpağı uğrunda düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldığını bildiriblər.
BDU-da təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Şamilin əziz xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı vurğulanıb.
Dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın azad edildiyini söyləyən şəhidin valideynləri onlara böyük diqqət və qayğı göstərildiyini bildiriblər.
Vətən müharibəsində BDU-nun onlarla məzunu iştirak edib, onlardan 18 nəfəri şəhidlik zirvəsinə ucalıb. Universitetdə şəhidlərin xatirəsinin uca tutulması, onların ailələrinə diqqət göstərilməsi, qazi tələbələrin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin verilməsi məqsədilə tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq şəhid məzunların ailələri ziyarət edilir.
Tehsil-press.az