Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları və tələbələri Hüquq fakültəsinin məzunu, Vətən müharibəsində düşmənə qarşı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Ceyhun Şalıyevin ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, şəhidin tələbə yoldaşı, fakültənin akademik məsləhətçisi Nuray Əliyeva və Tələbə Gənclər Təşkilatının fəal üzvləri iştirak ediblər.
Çıxış edənlər Ceyhun Şalıyevin Vətən torpağı uğrunda düşmənə qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını vurğulayıb, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildiriblər.
Şəhidin ailə üzvləri və yaxınları ilə birgə onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində iştirak edib, oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.
Tehsil-press.az