Bəhreyn 3-11 yaşlı uşaqlar üçün Sinopharm vaksinini təsdiqləyib

Bəhreyn 3-11 yaşlı uşaqlar üçün Sinopharm vaksinini təsdiqləyib Bəhreynin səhiyyə orqanları Sinopharm peyvəndinin ölkədə 3 yaşdan 11 yaşa qədər olan bütün uşaqlar üçün tətbiq olunacağını elan edib.
Vaksinasiya prosesində iştirak üçün qeydiyyat 27 oktyabrdan aktiv olacaq. Ölkənin Səhiyyə Nazirliyinin immunizasiya komitəsi müvafiq qərarın bütün "tibbi tövsiyələr" öyrənildikdən sonra verildiyini bildirib.
Bəhreynin Koronavirusla Mübarizə üzrə Milli Tibbi İşçi Qrupu yuxarıda qeyd olunan yaş qrupunu, onların ailələrini və cəmiyyəti qorumaq üçün peyvənd edilməsinin vacibliyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər