Bu ölkədə vaksinasiya yaşı beşə endirildi

Bu ölkədə vaksinasiya yaşı beşə endirildi Slovakiyada sabahdan etibarən 5-11 yaşlı uşaqlar da vaksinasiyadan keçə biləcəklər.
Bunu ölkənin səhiyyə naziri Vladimir Lenqvarski deyib.
Nazir bildirib ki, bu qərar mütəxəssis və həkimlərin tövsiyəsi ilə qəbul edilib:
“12 yaşdan yuxarı olanların peyvəndlənməsinə aylar əvvəl başlanılıb. 5-11 yaşlılar isə ailənin və uşaq həkiminin razılığından sonra vaksin vurdura bilərlər”.
O əlavə edib ki, gələn həftədən ölkədə üçüncü doza vaksinasiyaya başlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər