BDU-da vaksinasiya prosesinin ikinci mərhələsi həyata keçirilir

BDU-da vaksinasiya prosesinin ikinci mərhələsi həyata keçirilir Bakı Dövlət Universitetində (BDU) əməkdaşların vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb, 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.
Universitetin əməkdaşları peyvənd olunmaq üçün məntəqəyə müraciət edir, könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunurlar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.
BDU-nun birinci mərhələdə yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşları mərhələli şəkildə peyvənd olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər