Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Hədəf 5% - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə 1937-ci il repressiya qurbanlarının xatirəsinə həsr olunmuş Siyasi Repressiya Qurbanları Muzeyinə tələbələrin ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı universitet tələbələri muzeydəki eksponatlarla tanış olmuş və repressiya qurbanları haqqında məlumatlar əldə etmişlər.
Ekskursiyada ADPU TGT-nin fəal üzvləri və 40 nəfərə yaxın tələbə iştirak etmişdir.
Tehsil-press.az