Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir Bakı Dövlət Universitetinin (BDU) Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin dəstəyi, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) arasında universitetlərarası onlayn konfrans keçirilib.
Konfransda BDU-nun fəal gəncləri, TGT və THİK-in fəalları və RAGB gənclər təşkilatının üzvləri iştirak ediblər. Konfransda Azərbaycan həqiqətlərinin gənclərin vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması, tələbə təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, müştərək layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.
Qeyd olunub ki, Azərbaycan gəncliyi bu gün milli mədəniyyətimizi, ənənələrimizi, adətlərimizi layiqincə təmsil edir, xalqımızın zəngin tarixi irsinə məhəbbətlə yanaşır, o cümlədən RAGB rəhbərliyinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir.
Sonda belə müzakirələrin gələcəkdə də mütəmadi davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər