Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü, Konstitusiya günü və Mingəçevir şəhərinin yaradılması günü münasibətilə Şura üzvlərini təbrik edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Gündəliyə uyğun olaraq, iclasda “Tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti haqqında” hesabat dinlənilib. Müzakirələrdən sonra, rektor universitetdə tədris olunan fənlər üzrə proqramların və dərsliklərin hazırlanması işinin gücləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, bu sahədə tərəfdaş universitetlərlə əməkdaşlığın genişləndirilməsinə dair müvafiq göstərişlər verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.
Sonra, rektor Ş.Bayramov “MDU-da ictimaiyyətlə əlaqələrin təşkili haqqında” məlumat verib. Son dövrdə universitetin cəmiyyətlə kommunikasiyasının qurulması, tanıtımı və nüfuzunun artırılması ilə bağlı görülən işlərdən, baş verən dəyişikliklər və yeniliklər haqqında ictimaiyyətin operativ məlumatlandırılmasından danışan rektor bu istiqamətdə mövcud fəaliyyətin müasir tələblər səviyyəsində daha çevik qurulması məqsədilə dayanan vəzifələri diqqətə çatdırıb və müvafiq tapşırıqlarını verib.
İclas cari məsələlərə baxılması ilə davam edib.

Tehsil-press.az




Oxşar xəbərlər