Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın onlayn formatda növbəti iclası keçirilib.
İclasda rektor Mustafa Babanlı koronavirus pandemiyası şəraitində dünyada və ölkəmizdə gedən proseslərdən söz açıb, epidemiyanın yayılmasının qarısının alınması üçün peyvəndlənmənin vacibliyini vurğulayıb. O, ADNSU-da bu istiqamətdə günün tələblərinə uyğun işlərin aparıldığını deyib.
Sonra universitetdə aparılan islahatlardan irəli gələn bir sıra məsələlər müzakirə olunub, məruzələr dinlənilib.
Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərovun bu universitetin fəaliyyəti haqqında illik hesabatı dinlənilib. Elm və Təhsil Analitik Mərkəzinin direktoru, dosent Ziya Əliyev mərkəzin fəaliyyəti, universitetin elmi nəticələri, bu istiqamətdə görülən işlər və qarşıdakı hədəflər haqqında, həmçinin İT departamentinin direktoru Elnur Səfərli departamentin fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov universitetdə aparılan struktur dəyişikliyi barədə geniş məlumat verib. Yeniliklər və universitetin inkişafına uyğun olaraq aparılan dəyişikliklər şura üzvlərinin müzakirəsindən sonra səsvermə ilə qəbul olunub. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Vətən müharibəsində şəhid olan məzunların (həmçinin qazilərimizin) ailələrinə diqqət və qayğının göstərilməsi işinin koordinasiyası, universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov X məzun-karyera sərgisinin nəticəsi və bu istiqamətdə əldə olunan uğurlar barədə, həmçinin İT departamentinin müdir müavini Salman Salmanov universitetin rəsmi internet səhifələrinin analiz edilməsi, nəzərdə tutulan yeniliklərlə bağlı çıxış ediblər.
Bütün məsələlər şura üzvləri tərəfindən dinlənildikdən və müzakirə olunduqdan sonra rektor Mustafa Babanlı görüləcək işlər və yeniliklər haqqında tövsiyələrini verib. Qeyd edib ki, müzakirəyə çıxarılan hər bir məsələ ADNSU-nun inkişafı ilə şərtlənən əsas nüanslardır və biz hədəfə çatmaq üçün universitetin inkişafına uyğun yeniliklər etməliyik.
Tehsil-press.az