ADNSU-da Elmi şuranın onlayn iclası keçirilib

ADNSU-da Elmi şuranın onlayn iclası keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın onlayn formatda növbəti iclası keçirilib.
İclasda gündəlikdə olan məsələlər haqqında məlumat verən universitetin rektoru, professor Mustafa Babanlı 2020-2021-ci tədris ilinin illik hesabat məruzəsi ilə çıxış edib. O, cari tədris ilinin qəbul statistikası, əsas fəaliyyət istiqamətləri üzrə göstəriciləri, imtahan sessiyasının nəticələri, struktur dəyişiklikləri, eləcə də tədrisin innovasiyalaşdırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin tədris prosesi zamanı müasir texnologiyaların istifadəsini təmin etmək və ingilis bölmələrində keyfiyyətli tədris üçün atılan addımlardan bəhs edən rektor, eyni zamanda, ingilis dilinin tədrisi, elektron universitetin tətbiqi, informasiya texnologiyaları kurslarının təşkili, elmi ezamiyyətlər barədə ətraflı məlumat verib.
M.Babanlı yeni tədris ilindən laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsi, veb-distant auditoriyaların yaradılması və nəzərdə tutulan digər islahatlardan danışıb.
Sonra universitetdə aparılan islahatlardan irəli gələn bir sıra məsələlər müzakirə olunub, məruzələr dinlənilib. Yeniliklər və universitetin inkişafına uyğun olaraq aparılan dəyişikliklər Elmi şura üzvlərinin müzakirəsindən sonra səsvermə ilə qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər