Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Bu tədris ilində sayca 7-ci dəfədir təşkil olunan Elmi Şura toplantısını sədr, professor Akif Süleymanov açıq elan etdikdən sonra üzvləri və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Tədris şöbəsinin müdiri Piri Axundov 2356 tələbənin iştirak edəcəyi yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə çıxış edib. Elm və xarici əlaqələr mərkəzinin rəhbəri Orxan Vətənxah isə tələbə və müəllim mübadilə proqramının vəziyyəti barədə danışıb. Şura üzvləri mübadilə imkanlarından daha çox bəhrələnmək üçün qarşıda duran məsələləri müzakirə ediblər.
Bir sıra tədris vəsaitləri, eləcə də doktorantların mövzu və rəhbərləri müzakirələrdən sonra dəsdiq edilib.
Sonda UTECA-nın Rusiyanın Nijniy Novqorod Dövlət Texniki və Türkiyənin Rəcəb Tayib Ərdoğan universitetləri ilə ikili diplom çərçivəsində görəcəyi işlər, UTECA nümayəndələrinin hər iki ölkəyə səfərləri və bu istiqamətdə əldə edilən nailiyyətlər haqda danışılıb.

Mətbuat Xidməti