Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi çərçivəsində növbəti araşdırmanı Fransa Milli Kitabxanasında aparıb.
Araşdırmaya görə, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr fotoqraf G.de Labry tərəfindən1888-ci ildə çəkilmiş “Rusiya Türküstanı və Qafqaz” başlıqlı şəkillər toplusudur. On yeddi şəkildən ibarət toplunun 14-cü şəklində Qarabağ atı təsvir olunub. Toplu 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına verilib.
Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd var. Bunların 1-i alman (G.Radde “Karabakh”, 1890), 3-ü fransız, 1-i erməni dilindədir.
Tehsil-press.az