Nizami Gəncəvi irsi Yaponiya Milli Kitabxanasında

Nizami Gəncəvi irsi Yaponiya Milli Kitabxanasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzi “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin 8-ci sayını təqdim edir.
Layihənin səkkizinci sayında Yaponiya Milli Kitabxanasında (National Diet Library) Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada Nizami Gəncəvi irsinə aid 27 kitab və 1 məqalədən ibarət olmaqla, ümumilikdə 28 biblioqrafik yazının mövcudluğu aşkar olunub.
Dahi şairin bu əsərləri Bakı ilə yanaşı Moskva, London, Nyu-York, Tehran, Tokio, Düşənbə şəhərlərində Azərbaycan dilində 4, rus dilində 10, ingilis dilində 6, yapon dilində 5, fars dilində 3, tacik dilində 1 əsəri nəşr edilib. Araşdırma zamanı məlum olub ki, Yaponiya Milli Kitabxanasında ədibin irsinə dair mühafizə olunan ən qədim nümunə 1836-cı ildə Londonda ingilis dilində çap olunmuş “Leyli və Məcnun” poemasıdır.
Kitabxanada Nizami irsinə dair ən son nəşr şairin 2004-cü ildə Azərbaycan dilində Bakıda nəşr edilmiş “Xəmsə”sidir.

Tehsil-press.az


Oxşar xəbərlər