Britaniya Kitabxanasında Nizami Gəncəvi irsinə aid nümunələr UNEC-in araşdırmasında

Britaniya Kitabxanasında Nizami Gəncəvi irsinə aid nümunələr UNEC-in araşdırmasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) "Nizami Gəncəvi irsi dünya kitabxanalarında" layihəsini davam etdirir.
Layihənin ikinci mərhələsində Britaniya Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada Nizami Gəncəvi irsinə dair 196 kitab, 42 audiomaterial, 4 məqalə və 1 tezisdən ibarət ümumilikdə 243 əsərin biblioqrafik yazısının mövcudluğu məlum olub.
Bu əsərlər Bakı ilə yanaşı, Təbriz, Nyu-York, London, Paris, Sürix, Amsterdam, Daşkənd, Moskva, Tokio, Tbilisi, Berlin, Leypsiq, Vyana, Roma, Lahor, Tehran və s. şəhərlərdə Azərbaycan, türk, ingilis, rus, fransız, alman, italyan, ərəb, fars, latın, İsveç və s. dillərdə nəşr edilib və ya yazıya alınıb. Araşdırma zamanı məlum olub ki, Britaniya Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ən qədim nümunələr 1373-cü ildə Tehranda fars dilində yazıya köçürüldüyü ehtimal edilən əsərlərdir.
Kitabxanada diqqəti cəlb edən nəşrlərdən biri də şairin 1802-ci ildə Leypsiqdə latın dilində nəşr edilmiş əsəri olub.

Tehsil-press.az



Oxşar xəbərlər