Azərbaycan Dillər Universitetində (ADU) “Auditoriya+” proqramı çərçivəsində “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günü keçiriləcək.
Ənənəvi “Bir günlük xəlifə” layihəsi tələbələrin universitetin rəhbər strukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin həmin gün üzrə maaşını alırlar. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin hər bir tələbə, magistrant və doktorantı layihədə iştirak edə bilər. Vəzifələri tutacaq tələbələr öz tələbə yoldaşları tərəfindən açıq səsvermə yolu ilə seçilir.
Namizədliyini vermiş şəxslər dekanlıqdan xüsusi anket formasını götürərək tam doldurub Gənclər Təşkilatları ofisinə təqdim edir. Müraciətlərə əsasən namizədlər seçim turlarına dəvət olunurlar. Layihənin növbəti mərhələləri ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.
Layihədə istənilən vəzifə üzrə əvvəl qalib olan şəxslər müsabiqəyə müraciət edə bilməzlər.
Müraciətlər noyabrın 26-dək qəbul olunur.
Tehsil-press.az