Azərbaycan Dillər Universitetində (ADU)” “Birgünlük xəlifə” layihəsi çərçivəsində universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib.
Əsasını universitetin rektoru, akademik Kamal Abdullanın qoyduğu “Birgünlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Belə ki, rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Birgünlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifələrin maaşını da alırlar.
Rektor vəzifəsi üçün seçilmiş 8 namizəddən Filologiya və jurnalistika fakültəsinin 440-cı qrup tələbəsi Gülmalı Məmmədov 98 səslə qalib gəlib. Xəlifə-rektor öz təəssüratlarını bölüşüb: “Altı mindən çox tələbənin oxuduğu universitetdə rektor seçilmək mənim üçün unudulmaz günlərdən biridir. Əminəm ki, həyatım boyu unutmayacağım günlərdən biri olacaq. Çünki hər gün tələbə kimi gəldiyim universitetə birgünlük də olsa, həmin universitetin rektoru, rəhbəri kimi gəlmək, universitetin tələbələrindən tutmuş bütün universitet işçilərinin səni rektor kimi qəbul etməsi unudulmaz hissdir. Bu hissi bizə yaşatdığı üçün rektorumuza təşəkkürümü bildirirəm. Hər gün tələbə kimi çıxdığın evdən səhər-səhər valideynlərimin məni universitetin rektoru kimi yola salmağı əvəzedilməz idi. Rektorun sürücüsü də bu gün mənim səlahiyyətlərim dairəsindədir, evdən sürücü məni götürüb. Möhtəşəm bir hissdir. Hər gün metro və ya avtobusla universitetə tələbə kimi gələn adamı şəxsi sürücü qapının ağzından düz universitetə qədər universitetin rektoru kimi gətirir və rektor kimi hörmət edir. Universitetə gələn kimi rektorumuz necə edirsə, biz də onun kimi davranmağa çalışdıq. Ulu öndər Heydər Əliyevin anım gününü qeyd etdik, büstü önünə güllər qoyub bir dəqiqəlik sükutla yad etdik”.
Qeyd edək ki, oktyabrın 26-dan noyabrın 26-dək “Birgünlük xəlifə” layihəsində iştirak üçün 37 rəhbər vəzifə üzrə 215 tələbə müraciət edib. İkinci mərhələ seçkilərində 37 vəzifə üzrə 97 namizəd iştirak edib. Rektor seçkilərində 235 nəfər seçici qismində iştirak edib. İKi gün ərzində 650 nəfər seçici seçkilərə qatılıb. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla, 37 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.

ADU-nun Mətbuat Xidməti