Məktəblini öldürən qonşusu imiş... - Yenilənib

Məktəblini öldürən qonşusu imiş... - Yenilənib Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.
Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.
Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onu baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qonşuların verdiyi məlumata görə, qətli törədən şəxs "Azəriqaz"ın əməkdaşı olub. O, polis tərəfindən saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.
Emin Səfərov
***
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, Mingəçevirdə “Yeni həyat” massivində qonşusunu qətlə yetirən şəxs qurumun əməkdaşı deyil.

Tehsil-press.az



Oxşar xəbərlər