Tbilisinin Rustaveli prospektində baş verən qarşıdurmalar zamanı ictimai asayişi pozan, polisə tabe olmayan və zorakılıqda təqsirli bilinən 100 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərdən 68-i elə həmin gün sərbəst buraxılıb. 32 nəfər isə müvəqqəti olaraq təcridxanada saxlanılır.
Həmçinin bildirilir ki, “PalitraNews”un operatoruna hücum edən və ona xidməti vəzifəsini icra etməyə mane olan 32 yaşlı bir vətəndaş da saxlanılıb.
Hazırda baş verən hadisələr ilə bağlı istintaq davam edir.
DİN-in məlumatında vurğulanır ki, vətəndaşların öz narazılıqlarını maksimum təhlükəsizlik mühitində bildirə bilməsi üçün polis hər iki aksiya zamanı qanunla nəzərdə tutulan bütün tədbirləri görüb.
Xatırladaq ki, son günlər Tbilisidə etiraz aksiyaları səngimir. Belə ki, “Tbilisi pride” qeyri-hökumət təşkilatı və onu dəstəkləyən aktivistlər iyulun 5-də LGBT cəmiyyətinin hüquqlarının müdafiəsi üçün “Həmrəylik yürüşü” keçirməyi planlaşdırırdılar. Buna etiraz edən kütlə aksiya keçirib. Lakin etirazçıların aksiyası daha sonradan qarşıdurmaya çevrilib.
DİN-in məlumatına görə, 55 zorakılıq faktı qeydə alınıb ki, bunların da 53-ü KİV nümayəndələrinə qarşı olub. Şəhərdə yaranan vəziyyət nəzərə alınaraq yürüşü keçirməmək qərara alınıb.
Tehsil-press.az