ABŞ-ın yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində (FIU) beynəlxalq təhsil həftəsi çərçivəsində Azərbaycan stendi açılıb.
Dünyanın bir çox ölkəsinin (İsrail, Somali, Kosta-Rika, Pakistan, Braziliya, Hindistan) aparıcı ali təhsil müəssisələrinin qatıldığı tədbirdə universitet rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər ali məktəblərdə təhsil alan tələbələr iştirak ediblər. “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) adı altında açılan stenddə ölkəmiz yüksək səviyyədə təmsil olunub.
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyanın dəstəyi və Florida Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə nümayiş etdirilən stend ölkəmizin üçrəngli bayrağı ilə bəzədilib. Stenddə milli atributlarımız, Bakının əzəmətli görüntüsünün əks olunduğu suvenirlər, Azərbaycan tarixindən, ərazi bütövlüyündən və 44 günlük Zəfər səlnaməsindən bəhs edən kitablar nümayiş olunub.
Universitetdə təhsil alan azərbaycanlı gənclər sərgini gəzən tələbələrə ölkəmiz haqqında məlumat verib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.
Florida Beynəlxalq Universitetinin Politologiya və beynəlxalq münasibətlər ixtisasının tələbəsi Aydın Eminov Azərbaycanın tarixi, coğrafiyası, zəngin mədəniyyəti və milli adət-ənənələri barədə təqdimatla çıxış edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən danışıb.
Tədbirdə Florida ştatında yerləşən Nova Cənub-Şərqi Universitetində təhsil alan azərbaycanlı tələbə Nabat Eminova Yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitən Xarıbülbül çiçəyi haqqında təqdimat edib. O, Vətən müharibəsində şanlı Qələbəmizin rəmzi seçilən nadir çiçəyin qeyri-adi və bənzərsiz xüsusiyyətlərindən danışıb.
Xarici tələbələr N.Eminovanın təqdimatını maraqla izləyiblər. Sonra onların sualları cavablandırılıb.
Azərbaycanlı tələbələr təhsil həftəsində mətbəximizin ləziz təamlarından ibarət süfrə açaraq qonaqları mətbəximizlə də tanış ediblər.
Təhsil sərgisi üç gün davam edəcək.
Tehsil-press.az