Dövlət Neft və Sənaye Universitetində doktorantlarla görüş

Dövlət Neft və Sənaye Universitetində doktorantlarla görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantlarla, o cümlədən universitetin assistenti, Vətən müharibəsi iştirakçısı, qazi Niyaz Zeynalovla görüş keçirilib.
Tədbirdə ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən danışıb. O, N.Zeynalovun həm universitetdə məsuliyyətli əməkdaş olduğunu, həm də döyüş meydanında igidlik göstərdiyini diqqətə çatdırıb. Əlavə edib ki, belə qəhrəman oğulların igidliyi nəticəsində 30 illik işğala son qoyulub.
ADNSU-nun Doktorantura şöbəsinin müdiri dosent Zülfiqar İbrahimli, Neft-mexanika fakültəsinin dekanı dosent Əlihikmət Soltanov, Sənaye maşınqayırma kafedrasının müdiri dosent Cəmaləddin Aslanov çıxışları zamanı Azərbaycan əsgərinin yenilməzliyindən, rəşadətindən bəhs ediblər.
Qazi N.Zeynalov Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb.
Görüş çərçivəsində doktorantlar yeniliklərlə də tanış edilib. Doktorantlara elmi işlərin hazırlanması, məqalələrin yazılması, araşdırmaların aparılması və digər bu kimi məsələlər haqqında məlumat verilib, onların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər